Skip to main content

Eşq Allahının mərhəməti

Əgər vaxtilə Pamfilonun hekayəsinə sona qədər qulaq assaydınız, bir çoxunuz qadınlara duyduğunuz  mərhəmət hissindən bəlkə də, göz yaşı tökərdiz. Hekayədə bir sarasin qızının uğursuz gözəlliyi ucbatından dörd ildə doqquz dəfə ailə qurmaq məcburiyyətində qalmasından danışılır.
Pamfilonun (Bokaçço "Dekameron") nitqidən:
- "Gözəl xanımlar, bizə nə lazım olduğunu biz çətin təsəvvür edirik; biz tez-tez görürük ki, bir çoxları, varlandıqdan sonra qayğısız və qorxusuz yaşayacaqlarını güman edərək, varlanmağı həm allahdan yalvararaq istəyir, həm də zəhmət və təhlükədən çəkinməyərək inadla çalışır. Öz arzularına çatdıqdan sonra şahlıq hakimiyyətinə yiyələndiklərini düşünürlər."
Lakin yüksək mövqeyə qalxan sarasin qızı sonradan görür və hiss edir ki, ora qayğı və təhlükə ilə doludur. Həm də öz həyatı bahasına anlayır ki, bu padşahlıq süfrəsində qızıl qədəhdə içilən zəhər kimidir. Bir çoxları böyük ehtirasla sağlam bədən, gözəllik, müxtəlif zinətlər arzu edir, lakin zamanla başa düşür ki, onun arzusu yanlış istiqamətə yön almışdır.
Bütün insan arzularından ayrılıqda bəhs etməyərək, qəti deyə bilərik ki, elə bir arzu yoxdur ki, insan bunu tam idrakla, taleyin təsadüflərindən qorunmaq məsələsində, o biri arzularından üstün tutsun. Buna görə, əgər biz lazım olduğu kimi hərəkət etmək istəyiriksə, işimizi elə qurmalıyıq ki, allahın (eşq) bizə verdiyi hər şeyi seçib əldə edə bilək və bu yolda eşq allahı bizə nə lazım olduğunu tapmaqda öz mərhəmətini əsirgəməyəcək.
Təbiətin ona bəxş etdiyi gözəlliklə kifayətlənməyən qadın, cəmiyyətdə insan həyatına asanlıqla xəyanət edən biri qədər günahkardır. 


Comments

  1. Çox qəliz yazırsan, anlamaqçün bir neçə dəfə oxudum... davam elə :)

    ReplyDelete
    Replies
    1. Elvin, chox qeliz eserdi bir neche defe cumleleri sadeleshdirmeye chalismisdim

      Delete
  2. Maragli yazirsan dostum.
    Her zaman izleyicinem��

    ReplyDelete
  3. Maragli yazirsan dostum.
    Her zaman izleyicinem��

    ReplyDelete
    Replies
    1. tesekkur edirem, bu ilden yazilarimi daha chox paylashacam

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Sosial şəbəkələr bizə nə verir?

Nədənsə sosial  şəbəkələrin bu gün bizə nələr verəcəyi barədə  danışanda çoxları buna mənfi  aspektdən baxır. Bütün  yaxınlarımızla bir arada ola biləcəyimiz  məkanlar artıq hər hansı real yerler deyil, məhz virtual  kommunikasiyanın olduğu  sosial şəbəkələrdir.    Amma bu məkanda konkret davranış qaydaları, istifadəçilər  üçün etik  kodekslər də hələ mövcud deyil. Buna baxmayaraq hazırda sərhədsiz ünsiyyət saxlama imkanlarına malik olmuşuq. Çoxsaylı əks fikirləri nəzərə alsaq deyə bilərik ki, problem bu şəbəkələrin varlığında deyil,  onların hansı məqsədlə istifadə olunmasındadır. Hazırda internetə olan sonsuz asılılıq, gənclərin bu  sferada öz fəaliyyətinin düzgün  istiqamətləndirə bilməməməsi bir sıra problemlərə gətirib çıxarır. Bu məsələlərin həllini Azərbaycanda Yeni medianın təsisçilərindən olan və Bakı Slavyan Universitetində Yeni Media kafedrsının müəllimi Səbinə xanımla (Səbinə İzzətli) tapmağa çal...