Nədənsə sosial şəbəkələrin bu
gün bizə nələr verəcəyi barədə danışanda
çoxları buna mənfi aspektdən baxır.
Bütün yaxınlarımızla bir arada ola biləcəyimiz
məkanlar artıq hər hansı real yerler
deyil, məhz virtual kommunikasiyanın
olduğu sosial şəbəkələrdir.
Amma bu məkanda
konkret davranış qaydaları, istifadəçilər üçün etik kodekslər də hələ mövcud deyil. Buna
baxmayaraq hazırda sərhədsiz ünsiyyət saxlama imkanlarına malik olmuşuq.
Çoxsaylı əks fikirləri nəzərə alsaq deyə bilərik ki, problem bu şəbəkələrin
varlığında deyil, onların hansı məqsədlə
istifadə olunmasındadır. Hazırda internetə olan sonsuz asılılıq, gənclərin bu sferada öz fəaliyyətinin düzgün istiqamətləndirə bilməməməsi bir sıra problemlərə
gətirib çıxarır.
Bu məsələlərin həllini Azərbaycanda Yeni medianın təsisçilərindən
olan və Bakı Slavyan Universitetində Yeni Media kafedrsının müəllimi Səbinə
xanımla (Səbinə İzzətli) tapmağa çalışdıq.
-Axır zamanlar gənclər
üzərində internet asılılığının son dərərcə qloballaşması sizcə hansı problemlərə
gətirib çıxara bilər?
-İnternet bu gün, xüsusən də, gənclərin həyatının
ayrılmaz hissəsidir. Qloballaşan dünyamızda internet sayəsində həyatımız
asanlaşdığı qədər də mürəkkəbləşir, yeni risklər ortaya çıxa bilir. Bu səbəbdən
əslində kiberməkan dediyimiz internetə bağlı olan bu virtual dünyada düzən
axtarmaq saflıq olar, düzənsizlik içindəyik. Amma əlbəttə ki, buranın da öz
qayda-qanunları var. Bu baxımdan gənclər internetdə olduqları zaman bu məkanı
yaxşı tanımalıdırlar, istifadə etdikləri saytların xarakterinə bələd
olmalıdırlar ki, sonradan problemlərlə üzləşməsinlər. Bir sözlə, internetin
üstünlüklərindən effektiv faydalanmaq üçün internetdən istifadə savadlılığı
artmalıdır. Yalnız bundan sonra virtual məkanın etik, hüquqi və.s problemlərindən
uzaq durmaq olar.
-Bildiyimiz kimi bu yaxınlarda Oxford
Universitetinin tədqiqatçıları da bir çox
tədqiqatlar apardı və məlum oldu ki,
Sosial şəbəkələr gənclərin qürurlu və məqsədli böyüməsinə səbəb olur,
eyni zamanda gənclərin şəxsiyyətini formalaşmasına mənfi təsir edir, sizcə bu nədən
irəli gəlir?
-Bənzər tədqiqatlar günümüzdə aktualdır, bir çox
qurumlar yeni medianın məşhur qolu olan sosial medianın insanların həyatına təsirlərini
araşdırıb öyrənməyə çalışır, monitorinqlər keçirir. Sosial media deyəndə
ağlımıza öncəliklə sosial şəbəkələr gəlir ki, bunun da başında Facebook
dayanır. Mən doğrusu sosial şəbəkələrin gənclərin formalaşmasında zərərli
olduğunu düşünmürəm. Yəni toplumda çoxdan var olan zərərlər olub, indi də var.
İnsanlar cəmiyyətdə formalaşır. Sosial şəbəkələr olmasa belə insanın
formalaşmasına zərər verəcək faktorlar olacaq. O zaman gərək hər kəs öz köşəsinə
çəkilib ünsiyyətdən məhrum qalsın.
Sosial şəbəkələr gənclərə daha çox azadlıq və sərbəstlik
verdiyi üçün bəzən gənclər bundan yanlış məqsədlər üçün istifadə edə bilir.
Şayiələr, təhqirlər və.s. ola bilir. Amma bu faktorlara görə ümumilikdə sosial
şəbəkələri təhlükəli alət olaraq dəyərləndirmək olmaz. Sosial şəbəkələr həm də
səssizlərin səsidir. Nə qədər sosial kampaniyalar aparılır, ictimai qınaqlar
olur bu şəbəkələrdə. Burada bir toplum var və real toplumda yaşanan problemlər əlbəttə
ki burada da fərqli şəkildə belə olsa yaşanır.
-Son zamanlar
sosial şəbəkələr üzərindən aparılan təbliğat məsələlərinə münasibətiniz necədir?
-Baxır təbliğatın xarakterinə. Əgər sosial şəbəkə əhli
cəmiyyətdə hansısa haqsızlığa, qanunsuzluğa, rüşvətə, saxta seçkilərə və.s.
reaksiya bildirmək üçün sosial şəəkələrdən alət olaraq istifadə edirsə burada
pis nə var ki?! Türkiyənin Van bölgəsində zəlzələ nəticəsində yüzlərlə insan
evsiz qaldı. Dünyanın dörd bir yanından insanlar Facebook və Twitter vasitəsilə
zərərçəkmişlər haqqında məlumat yaydılar, yardım topladılar. Bu da bir təbliğat
idi. Yardımlaşmanın təbliğatı. Digər bir misal, ABŞ prezidenti Barak Obama
seçki ərəfəsində sosial şəbəkələrdən təbliğat vasitəsi kimi çox peşəkarca
istifadə etdi və nəticəsi göz önündə. Belə nümunələr çoxdur.
-Biz bilirik ki, bu
çox mürəkkəb bir sistemdir,nəzərə alsaq ki bu şəbəkələr bizim necə
davranmağımiz üçün heç bir məhdudiyyət qoymur və sizcə belə olduğu halda
bununla bağlı hansı maarifləndirici işlər
aparmaq lazımdır?
-Bilgiləndirmə mütləq olmalıdır. Orta məktəblərdə,
eləcə də ali məktəblərdə kompüter savadlılığı adı altında həm də bu yeni məkan
öyrədilməlidir. Sosial şəbəkələr yeni dünyanın məhsuludur, yeni mediadır.
Burada işin fəlsəfəsi sadəcə sayta daxil olub, qeydiyyatdan keçmək deyil.
Sosial şəbəkələrin təsirləri, xarakteri, faydaları, riskləri və.s. tədris
olunmalıdır. Mən Bakı Slavyan Universitetində Jurnalistika fakültəsində Yeni
media dərsini keçərkən tələbələrim arasında sosial şəbəkələrdən qorxub qaçanlar
var idi. Semestr sonunda məhz o tələbələrim ən aktiv və effektiv istifadəçilər
oldu.
Comments
Post a Comment