Əgər
vaxtilə Pamfilonun hekayəsinə sona qədər qulaq assaydınız, bir çoxunuz
qadınlara duyduğunuz mərhəmət hissindən
bəlkə də, göz yaşı tökərdiz. Hekayədə bir sarasin qızının uğursuz gözəlliyi
ucbatından dörd ildə doqquz dəfə ailə qurmaq məcburiyyətində qalmasından
danışılır.
Pamfilonun (Bokaçço "Dekameron") nitqidən:
-
"Gözəl xanımlar, bizə nə lazım olduğunu biz çətin təsəvvür edirik; biz
tez-tez görürük ki, bir çoxları, varlandıqdan sonra qayğısız və qorxusuz
yaşayacaqlarını güman edərək, varlanmağı həm allahdan yalvararaq istəyir, həm də
zəhmət və təhlükədən çəkinməyərək inadla çalışır. Öz arzularına çatdıqdan sonra
şahlıq hakimiyyətinə yiyələndiklərini düşünürlər."
Lakin
yüksək mövqeyə qalxan sarasin qızı sonradan görür və hiss edir ki, ora qayğı və
təhlükə ilə doludur. Həm də öz həyatı bahasına anlayır ki, bu padşahlıq süfrəsində
qızıl qədəhdə içilən zəhər kimidir. Bir çoxları böyük ehtirasla sağlam bədən,
gözəllik, müxtəlif zinətlər arzu edir, lakin zamanla başa düşür ki, onun arzusu
yanlış istiqamətə yön almışdır.
Bütün
insan arzularından ayrılıqda bəhs etməyərək, qəti deyə bilərik ki, elə bir arzu
yoxdur ki, insan bunu tam idrakla, taleyin təsadüflərindən qorunmaq məsələsində,
o biri arzularından üstün tutsun. Buna görə, əgər biz lazım olduğu kimi hərəkət
etmək istəyiriksə, işimizi elə qurmalıyıq ki, allahın (eşq) bizə verdiyi hər
şeyi seçib əldə edə bilək və bu yolda eşq allahı bizə nə lazım olduğunu
tapmaqda öz mərhəmətini əsirgəməyəcək.
Təbiətin
ona bəxş etdiyi gözəlliklə kifayətlənməyən qadın, cəmiyyətdə insan həyatına
asanlıqla xəyanət edən biri qədər günahkardır.
Çox qəliz yazırsan, anlamaqçün bir neçə dəfə oxudum... davam elə :)
ReplyDeleteElvin, chox qeliz eserdi bir neche defe cumleleri sadeleshdirmeye chalismisdim
DeleteMaragli yazirsan dostum.
ReplyDeleteHer zaman izleyicinem��
Maragli yazirsan dostum.
ReplyDeleteHer zaman izleyicinem��
tesekkur edirem, bu ilden yazilarimi daha chox paylashacam
DeleteThis comment has been removed by the author.
ReplyDelete