Skip to main content

Küçə musiqisinin tarixi qədimdir. İstər dünya ölkələrində , istərsə də doğma Bakımızda…

 Ancaq hələ də küçədə musiqi dinləmək mədəniyyətinə sahib ola bilməmişik.Bu gün əksər insanlar yalnız bunu pul dilənmək tərəfini qəbul edir.Təkcə evdə yaxud konsert salonlarında deyil , küçədə də musiqinin sakit havası və harmoniysını dinləmək bir başqa zövq verir insana..Çoxları anlamır ki, musiqi onlar üçün tək pul qazanmağın yeganə yolu deyil , həm də həvəsdir , həyat tərzidir.Onların içərisində azyaşlı uşaqlardan tutmuş yeniyetmələr və yaşlı nəslin nümayəndələrinə də rast gəlmək olur.Hətta bəziləri öz istedadını elə küçələrdə çalıb oxumaqnan keçirir.
   Photo by: garykanter.com


Azərbaycanda bu sənətə verilən dəyər Amerikadan əsaslı şəkildə fərqlənir.Amerikada hələ XVIII əsrdən etibarən çöldə çalıb-oxumaq dəbə çevrilib.İlk dəfə özünə xas stili və mahnıları ilə diqqət çəkən Villiam Billingsdir olmuşdur.XVIII əsrdə bir tərəfdə koloniyaların sadə din musiqisi, digər tərəfdə şəhərlərin kompleks musiqisi mövcud idi.Bu dövrün ilk konserti 1731-ci ildə Bostonda təşkil edilmişdir.1736-cı ildə Nyu-Yorkda, 1757-ci ildə Filadelfiyada verilən konsertlərdə dinləyici kütləsi daha da artmışdır.

Amerikadakı konsert bazarı beləcə İngilislərin diqqətini öz üzərinə çəkməyə başlamışdır. Yeni musiqiçilərin köç etməsi; ilk musiqi dükanlarının və nota mətbəələrin açılması Amerikan musiqi dünyasını zənginləşdirmişdir. Daha çox immiqrantlar musiqi müəllimliyi etməklə, çalğı alətlərini təmir etməklə və eyni zamanda musiqiçi kimi fəaliyyət göstərməklə pul qazanırdılar. Aleksandr Reinagle, Benjamin Carr, Ceyms Hewitt və Gottlieb Graupner bunlardan bir neçəsidir. 18-ci əsrdə Pensilvaniya, Ohayo və Şimal Karolinaya köçən Moravyalılar parçalar bəstələyib səsləndirirdilər.
Küçə musiqiləri yoldan ötərkən bəzən bütün yorğunluğumuzu hər hansı bir tərk elədiyimiz məkanda qoyur , qulaq asır və mənəvi zövq alırıq.Ən azindan yolda iki və ya üç dəqiqə vaxt ayırıb qulaq asmaq həmin musiqiyə və melodiyaya verilən dəyərin göstəricisidir.Bu melodiyalarda, havalarda xalqın xarakterini, ruhunu da öyrənmək olur. Maraqlı bir fakt var ki , Qlinkanın ”İvan Susanin” operasını dinləyən Qoqol sevinclə demişdi:

”Dərhal duyursan bu…rus musiqisidir bu da polyak birində rus mahnılarının rəvan motivi, o birində polyak mazurkasının cəldliyi…” Doğma melodiyaları dinləmək adama həmişə qol-qanad verir.

Comments

Popular posts from this blog

Eşq Allahının mərhəməti

Əgər vaxtilə Pamfilonun hekayəsinə sona qədər qulaq assaydınız, bir çoxunuz qadınlara duyduğunuz   mərhəmət hissindən bəlkə də, göz yaşı tökərdiz. Hekayədə bir sarasin qızının uğursuz gözəlliyi ucbatından dörd ildə doqquz dəfə ailə qurmaq məcburiyyətində qalmasından danışılır. Pamfilonun (Bokaçço "Dekameron") nitqidən: - "Gözəl xanımlar, bizə nə lazım olduğunu biz çətin təsəvvür edirik; biz tez-tez görürük ki, bir çoxları, varlandıqdan sonra qayğısız və qorxusuz yaşayacaqlarını güman edərək, varlanmağı həm allahdan yalvararaq istəyir, həm də zəhmət və təhlükədən çəkinməyərək inadla çalışır. Öz arzularına çatdıqdan sonra şahlıq hakimiyyətinə yiyələndiklərini düşünürlər." Lakin yüksək mövqeyə qalxan sarasin qızı sonradan görür və hiss edir ki, ora qayğı və təhlükə ilə doludur. Həm də öz həyatı bahasına anlayır ki, bu padşahlıq süfrəsində qızıl qədəhdə içilən zəhər kimidir. Bir çoxları böyük ehtirasla sağlam bədən, gözəllik, müxtəlif zinətlər arzu edir, lakin z...

Sosial şəbəkələr bizə nə verir?

Nədənsə sosial  şəbəkələrin bu gün bizə nələr verəcəyi barədə  danışanda çoxları buna mənfi  aspektdən baxır. Bütün  yaxınlarımızla bir arada ola biləcəyimiz  məkanlar artıq hər hansı real yerler deyil, məhz virtual  kommunikasiyanın olduğu  sosial şəbəkələrdir.    Amma bu məkanda konkret davranış qaydaları, istifadəçilər  üçün etik  kodekslər də hələ mövcud deyil. Buna baxmayaraq hazırda sərhədsiz ünsiyyət saxlama imkanlarına malik olmuşuq. Çoxsaylı əks fikirləri nəzərə alsaq deyə bilərik ki, problem bu şəbəkələrin varlığında deyil,  onların hansı məqsədlə istifadə olunmasındadır. Hazırda internetə olan sonsuz asılılıq, gənclərin bu  sferada öz fəaliyyətinin düzgün  istiqamətləndirə bilməməməsi bir sıra problemlərə gətirib çıxarır. Bu məsələlərin həllini Azərbaycanda Yeni medianın təsisçilərindən olan və Bakı Slavyan Universitetində Yeni Media kafedrsının müəllimi Səbinə xanımla (Səbinə İzzətli) tapmağa çal...