Yazıya tədqiqatçı alim ''Roy Amara'' nın sözləri ilə başlamaq istəyirəm. '' Biz qısa vaxt ərzində texnologiyanın effektini yüksək qiymətləndirməyə meyilli olduq və uzun vaxt ərzində onun effektini lazımı qədər dəyərləndirdik...'' Fantaziya .İnsanlar fantaziyanı həmişə sevmişlər. Xeyir və şər ruhlar, təbiətin anlaşılmaz hadisələri haqqında qorxulu və xoş fantaziyalar bütün filmlərdə vardır. Zaman keçdikcə insan özünü əhatə edən aləm haqqında daha çox şey öyrəndi və bu aləm özü qorxunc, sehrli, anlaşılmaz cəhətlərini itirdi. İnsan dünyanın bir çox sirlərini ala biləcəyini başa düşdü. İnsan elm və texnologiyanın köməyilə, hətta gələcəyə də nəzər salmağa cəhd etdi. Bəşəriyyət bütün təbiət qüvvələrinə hakim olduqdan sonra, həyatın necə olacağı haqqında xəyala dalmağa başladı. İnsan təxəyyülünə təkan verən, onun yeni kəşfləri üçün zəmin hazırlayan fantastik filmlər və süjetlər belə yarandı. ...