Skip to main content

Posts

Showing posts from 2014

Look at this video absolutely!!!

This video about ‪#‎Khojaly‬ was filmed in America! ‪

Thinking man of France)

it's one of my handwork gallery:))

Uğurlu Karyera Bizimlə gələcək! ''MyCv.az ''

Artıq Azərbaycanda bir neçə ildir ki CV formalari ilə  işə qəbul özünü göstəməkdədir. Lakin bu formalar istənilən iş sahəsində zəruri olsa da, qaydaların özünü nə dərəcədə doğrulda biləcəyi məlum deyil. MyCv isə sizə bu əminliyə təminat verir. Bu əminliyi sizdə MyCv-nin əlaqə qurduğu və əməkdaşlıq etdiyi Dövlət qurumları və Özəl şirkətlərləri yaratmış olacaq. Asan müraciət formaları artıq sizin əlinizdədir və bu imkanlardan yararlanmaq da həmçinin. Yaxud işləyirsiniz amma işiniz sizi tam qane etmirsə, bu zaman həmin işə sərf etdiyiniz   zaman çərçivəsində qazandığınız bəzi təcrübələri öz CV-nizdə mükəmməl şəkildə qeyd edə bilərsiniz. Bir sözlə http://www.mycv.az/   cür imkanlardan yararlanmağa çağırır. Heç bir vaxt itirmədən yeni və uğurlu karyeraya addımlamağa tələsin. Dövlət qurumlarına işə qəbul zamanı imtahan suallarına tam hazırlıqlı ola bilməniz üçün MyCv sizə belə bir imkan yaratdı ki, imtahan öncəsi hazırlaşıb öz şücaətinizi ortaya qoyasınız və...

Sosial şəbəkələr bizə nə verir?

Nədənsə sosial  şəbəkələrin bu gün bizə nələr verəcəyi barədə  danışanda çoxları buna mənfi  aspektdən baxır. Bütün  yaxınlarımızla bir arada ola biləcəyimiz  məkanlar artıq hər hansı real yerler deyil, məhz virtual  kommunikasiyanın olduğu  sosial şəbəkələrdir.    Amma bu məkanda konkret davranış qaydaları, istifadəçilər  üçün etik  kodekslər də hələ mövcud deyil. Buna baxmayaraq hazırda sərhədsiz ünsiyyət saxlama imkanlarına malik olmuşuq. Çoxsaylı əks fikirləri nəzərə alsaq deyə bilərik ki, problem bu şəbəkələrin varlığında deyil,  onların hansı məqsədlə istifadə olunmasındadır. Hazırda internetə olan sonsuz asılılıq, gənclərin bu  sferada öz fəaliyyətinin düzgün  istiqamətləndirə bilməməməsi bir sıra problemlərə gətirib çıxarır. Bu məsələlərin həllini Azərbaycanda Yeni medianın təsisçilərindən olan və Bakı Slavyan Universitetində Yeni Media kafedrsının müəllimi Səbinə xanımla (Səbinə İzzətli) tapmağa çal...

Dünyaya ''Real Göz''nən baxaq...

Yazıya tədqiqatçı alim ''Roy Amara'' nın sözləri ilə başlamaq istəyirəm. '' Biz qısa vaxt ərzində texnologiyanın effektini yüksək qiymətləndirməyə meyilli olduq və uzun vaxt ərzində onun effektini lazımı qədər dəyərləndirdik...''  Fantaziya .İnsanlar fantaziyanı həmişə sevmişlər. Xeyir və şər ruhlar, təbiətin anlaşılmaz hadisələri haqqında qorxulu və xoş fantaziyalar bütün filmlərdə vardır. Zaman keçdikcə insan özünü əhatə edən aləm haqqında daha çox şey öyrəndi və bu aləm özü qorxunc, sehrli, anlaşılmaz cəhətlərini itirdi. İnsan dünyanın bir çox sirlərini ala biləcəyini başa düşdü. İnsan elm və texnologiyanın köməyilə, hətta gələcəyə də nəzər salmağa cəhd etdi. Bəşəriyyət bütün təbiət qüvvələrinə hakim olduqdan sonra, həyatın necə olacağı haqqında xəyala dalmağa başladı. İnsan təxəyyülünə təkan verən, onun yeni kəşfləri üçün zəmin hazırlayan fantastik filmlər və süjetlər belə yarandı. ...

Küçə musiqisinin tarixi qədimdir. İstər dünya ölkələrində , istərsə də doğma Bakımızda…

 Ancaq hələ də küçədə musiqi dinləmək mədəniyyətinə sahib ola bilməmişik.Bu gün əksər insanlar yalnız bunu pul dilənmək tərəfini qəbul edir.Təkcə evdə yaxud konsert salonlarında deyil , küçədə də musiqinin sakit havası və harmoniysını dinləmək bir başqa zövq verir insana..Çoxları anlamır ki, musiqi onlar üçün tək pul qazanmağın yeganə yolu deyil , həm də həvəsdir , həyat tərzidir.Onların içərisində azyaşlı uşaqlardan tutmuş yeniyetmələr və yaşlı nəslin nümayəndələrinə də rast gəlmək olur.Hətta bəziləri öz istedadını elə küçələrdə çalıb oxumaqnan keçirir.    Photo by: garykanter.com Azərbaycanda bu sənətə verilən dəyər Amerikadan əsaslı şəkildə fərqlənir.Amerikada hələ XVIII əsrdən etibarən çöldə çalıb-oxumaq dəbə çevrilib.İlk dəfə özünə xas stili və mahnıları ilə diqqət çəkən Villiam Billingsdir olmuşdur.XVIII əsrdə bir tərəfdə koloniyaların sadə din musiqisi, digər tərəfdə şəhərlərin kompleks musiqisi mövcud idi.Bu dövrün ilk konserti 1731-ci ildə Bostonda tə...