Skip to main content

Posts

Showing posts from May, 2016

Eşq Allahının mərhəməti

Əgər vaxtilə Pamfilonun hekayəsinə sona qədər qulaq assaydınız, bir çoxunuz qadınlara duyduğunuz   mərhəmət hissindən bəlkə də, göz yaşı tökərdiz. Hekayədə bir sarasin qızının uğursuz gözəlliyi ucbatından dörd ildə doqquz dəfə ailə qurmaq məcburiyyətində qalmasından danışılır. Pamfilonun (Bokaçço "Dekameron") nitqidən: - "Gözəl xanımlar, bizə nə lazım olduğunu biz çətin təsəvvür edirik; biz tez-tez görürük ki, bir çoxları, varlandıqdan sonra qayğısız və qorxusuz yaşayacaqlarını güman edərək, varlanmağı həm allahdan yalvararaq istəyir, həm də zəhmət və təhlükədən çəkinməyərək inadla çalışır. Öz arzularına çatdıqdan sonra şahlıq hakimiyyətinə yiyələndiklərini düşünürlər." Lakin yüksək mövqeyə qalxan sarasin qızı sonradan görür və hiss edir ki, ora qayğı və təhlükə ilə doludur. Həm də öz həyatı bahasına anlayır ki, bu padşahlıq süfrəsində qızıl qədəhdə içilən zəhər kimidir. Bir çoxları böyük ehtirasla sağlam bədən, gözəllik, müxtəlif zinətlər arzu edir, lakin z...